Oyunbaz

загружено

Çoxdandır bloga yazı əlavə etmirdim. Dedim “şeytanın ayağını sındırım”. Yazım Wulf Dornun ilk oxuduğum kitabı “Oyunbaz” haqqında olacaq.

Son bir neçə ildə yazıçının əsərlərinin adını tez-tez eşidirdim, hətta “oxunmalı kitablar” siyahıma da əlavə etmişdim.Nəhayət dünən əsərlə tanış oldum. Kitab axıcı dillə yazılıb, hələ Azərbaycan dilinə tərcümə olunmadığı üçün türk dilində oxumalı oxudum. Hadisələr haqqında ətraflı məlumat verib oxumaq istəyənləri “həvəsdən salmaq” heç də xoş olmaz 🙂 Qısaca qeyd edim ki, mənfi qəhrəmanımız öz “mən”iylə mübarizə aparır, məqsədlərinə çatmaq üçün hər vasitəyə, cinayətə belə əl atır, böyük eşqi Janla arzusunu reallaşdırmaq üçün təhlükəli oyunlar oynayır. 

Kitabları oxuyan zaman hadisələrin sonluğunu düşünür, müxtəlif variantlar irəli sürürəm. Nə yalan deyim bu əsər bütün variantlarımı alt-üst etdi.Cinayətkar dəli aşiqimiz təkcə obrazlardan deyil, məndən-oxucudan da çox yaxşı gizlədə bilib özünü 🙂

“Oyunbaz” Wulf Dornun yaradıcılığından oxuduğum son kitab olmayacaq. Digər iki əsərini də əldə edən kimi oxuyub qısa, lakonik məlumat paylaşmağa çalışacam. Sizə xoş mütaliələr 🙂

Leave a comment