Abdulla Şaiq – Bir quru salam

Qorxma susmağımdan, ay ürək param
Nəyinə gərəkdi bir quru salam
Verməsəm dağılan deyil ki dünyan
Mən ki həsrətinlə hələ ki sağam

***

Gülümsə gözlərin görməsin qəmi
Unut olanları olmamış kimi
Daha mən də yoldan ötən bir yadam
Nəyinə gərəkdi bir quru salam

***

Bir sevgi kəlməsi gizlənəcəksə
Sənə verəcəyim hər salamımda
Sevgim gizlənməkdən hey bezəcəksə
Nəyimə gərəkdi bir quru salam…

Leave a comment